Toyda döyülən müğənni Kərim Abbasov fonoqram oxuması iddialarına cavab veribş 

"Unikal" xəbər verir ki. ifaçı sosial şəbəkə hesabında canlı ifalarını paylaşaraq yazıb:

"Mənim üçün üzülən dostlarım və sevənlərim. Hər qaranlıq gecənin bir sabahı var. Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq". 

Xatırladaq ki, müğənni Kərim Abbasov mahnıları fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib və ifaçıya xəsarətlər yetirilib. Polis hadisəni araşdırır.