Qəzza oktyabrın 7-dən açıq hava həbsxanasına çevrilib. İsrailin hücumları nəticəsində 40 mindən çox günahsız insan həyatını itirib, yaralananların sayı isə mini keçib.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, Qəzzaya hücumlarını dayandırmayan İsrail yardımların gəlməsin mane olur. Bu səbəbdən Qəzzada həm qida, həm də dərman sahəsində ciddi çatışmazlıqlar var.
Qəzzada qida çatışmazlığı xüsusilə uşaqlara təsir edir...
İsrailin hücumlarına görə ailəsi ilə birlikdə Qəzzanın şimalından Deyr-Belaya köç edən 6 aylıq fələstinli körpə Atif Taye qida çatışmazlığı səbəbindən ölüm təhlükəsi ilə üzləşib. Körpənin fotoları qısa zamanda dünya mediasında gündəm mövzusu olub.
Digər tərəfdən İsrail ordusunun Qəzza şəhərinin Əl-Nəsr məhəlləsində həyata keçirdiyi hücumda bütün ailə üzvlərini itirən 9 aylıq Amal Avadallah körpəsi ağır yaralarla hücumdan xilas olub. Beyt Lahya qəsəbəsindəki Kemal Advan Xəstəxanasında müalicə olunan körpə Avadallah hücumda aldığı xəsarətlərlə həyatda qalmaqda çətinlik çəkir.
Gülayə Mecid