Şahzadə Uilyamla şahzadə Keytin böyük oğulları şahzadə Corc 11 yaşında pilot təhsili almağa başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yay tətilinin son günündə ilk uçuşunu həyata keçirən Corc ulu babası Şahzadə Filipin də məşq etdiyi White Waltham hava limanında uçmağı öyrənib.

Şahzadənin uçuşu atası şahzadə Uilyam və şahzadə Keytin nəzarəti altında baş tutub.

Kiçik şahzadənin uçuşdan böyük həzz aldığı bildirilib. Təlimin gənc şahzadənin liderlik və məsuliyyət bacarıqlarını inkişaf etdirməsi gözlənilir.

Qeyd edək ki, şahzadə Uilyam da təcrübəli helikopter pilotudur.

Zərifə Nağıyeva