Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonunun Şəki kəndi ərazisindən keçən hissəsində iki maşın toqquşub, xəsarət alanlar var.

Daxili İşlər Nazirliyindən "Unikal"a bildirilib ki, hadisə bu gün saat 18 radələrində qeydə alınıb.

Belə ki, Bəxtiyar Rəhimlinin idarə etdiyi “Toyota” markalı avtomobillə Eldar Umarovun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və “Toyota”dakı sərnişin Əli Hüseyn xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.