Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal qazanıblar.

"Unikal" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə məğlub olmaqla gümüş medalla kifayətlənib.

Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun qazancı isə bürünc medal olub. 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.