Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini açıqlayıb.

"Unikal" xəbər verir ki, TƏBİB-in açıqlamasında deyilir:

"14.09.2024-cü il tarixində səhər saatlarında internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

Problem qısa müddətdə aradan qaldırılıb və sistem tam olaraq fəaliyyətini bərpa edib".

***

09:55

Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb.

"Unikal"ın məlumatına görə, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılır.

Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb.

Seymur Əli