Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 65 saylı Salyan-Neftçala-Biləsuvar seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Dadaşov Rəşad Rufik oğlu müraciət edib: "Namizəd seçkiqabağı təşviqat kampaniyasında və seçki günündə qanunsuz halların baş verdiyini iddia edib. O, müraciətinə sənədlər, fotoşəkillər və 37 videogörüntü də əlavə edib".
MSK üzvü qeyd edib ki, araşdırma zamanı namizədin iddialarının əsassız olduğu müəyyənləşdirilib.