Almaniya Bundesliqasında üçüncü turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, "Bavariya" səfərdə çempionatın debütantı "Holştayn"nın qonağı olub. Münxen klubu rəqibinə rəhm etməyib və ev sahiblərinin qapısından altı top keçirib. Harri Keyn het-triklə yadda qalıb. Autsayder klub bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb - 1:6.
"Bavariya" 9 xalla çempionatın lideridir. "Holştayn" isə heç bir xalı olmadan sonuncu pillədə qərarlaşıb.