Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 15-də keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınmış Əziz Əzizovun müraciətinə baxılıb.
"Unikal" xəbər verir ki, bu barədə MSK-nın və Ekspert qrupunun üzvü Fuad Cavadov bildirib.
Onun sözlərinə görə, namizəd səsvermə günü dairənin 10 seçki məntəqəsində pozuntuların baş verdiyini iddia edib.
"Onun iddiaları, təqdim etdiyi sənədlər araşdırılarkən 23 saylı Seçki Dairəsinin yalnız 17 saylı məntəqəsində müəyyən qanun pozuntuları aşkarlanıb. Beləliklə, şikayətçinin müraciəti qismən təmin edilib, 17 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib” ,- deyə Ekspert qrupunun üzvü əlavə edib.
*** 14:19
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.
"Unikal" xəbər verir ki, 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.
Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.