Almaniya Federativ Respublikasının (AFR) kansleri Olaf Şolts Özbəkistana ikigünlük səfər edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Şolts səfər çərçivəsində Səmərqəndə gedib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Registan meydanında Almaniya kansleri ilə görüşüb.
Bundan başqa, sentyabrın 15 və 16-da Səmərqənddə yüksək səviyyəli danışıqlar baş tutacaq, burada iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Liderlər həmçinin Almaniya və Özbəkistanın biznes nümayəndələri ilə görüş keçirəcəklər.