ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub.
"Unikal" xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin məlumat verib.
"Tramp növbəti sui-qəsd cəhdindən sonra sağ-salamatdır. Onu öldürməyə çalışırlar. Qalib gəlməsinə mane olmaq üçün hər şeyi edəcəklər", - deyə konqresmen X sosial hesabında qeyd edib.
"New York Post" xəbər verir ki, Trampın qolf klubunun qarşısında iki nəfər bir-birinə atəş açıb və onun Trampla heç bir əlaqəsi yoxdur. Siyasətçinin oğlu bildirib ki, şübhəli Trampın olduğu yerin yaxınlığında atışmadan sonra saxlanılıb.
Trampın qolf klubunun yaxınlığında atışma baş verən yerin yaxınlığında AK-47 avtomatı tapılıb
Hələlik digər təfərrüatlar açıqlanmır.