Ermənistanın Azərbaycanda təşkil olunacaq COP29 sammitində iştirak edib-etməyəcəyini hələ deyə bilmərəm.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan bildirib.
O, jurnalistin Azərbaycanda təşkil olunacaq COP29 sammitində Ermənistanın iştirak edib-etməyəcəyi sualını cavablandırarkən deyib: "Bəli, Azərbaycanda təşkil olunacaq tədbir kifayət qədər önəmlidir, Bakıda təmsilçi komanda olacaq. Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımız sülh gündəliyinin irəliləyişində bizə dəstək verəcəklər. Hazırda sualınıza cavabım yoxdur. Əgər belə bir inkişaf olarsa, təbii ki, biləcəksiniz. Düşünürəm ki, indi bu barədə danışmağın vaxtı deyil".
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ("COP29") İştirakçıları Konfransının 29-cu sessiyası noyabr ayında Azərbaycanda keçiriləcək.
Ağarza Elçinoğlu