Almaniyanın Köln şəhərində türklərə məxsus əyləncə məkanının girişində partlayış baş verib.

"Unikal" xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, səhər saatlarında baş verən partlayışda ölən və ya yaralanan olmayıb. 

Partlayış nəticəsində məkanın girişindəki tavan kafelləri uçub, şüşələr sınıb. Polis hələlik partlayışın səbəbi barədə məlumat verməyib.