Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti xanım Asma Resmouki UNEC-də olub.

"Unikal" xəbər verir ki, rektor professor Ədalət Muradovla görüşən Asma Resmoukiyə mühasiblərin hazırlığı prosesi, UNEC-in MBA proqramı üzrə “Mühasibat uçotu” ixtisaslaşmasının ikinci dəfə 5 il müddətinə ACCA akkreditasiyasından keçməsi, MBA magistlərinin F1-F9 fənlərindən azad olmaları, eləcə də UNEC-də Kompüter əsaslı ACCA İmtahan Mərkəzinin yaradılması barədə ətraflı məlumat verilib.

Sonra tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.