Məlum olduğu kimi, işğaldan azad edilən Qubadlı rayonunda yenidənqurma işləri davam etdirilir. Tikinti işlərinin aparıldığı kəndlərdən biri də Qubadlı rayonunun Mahruzlu kəndidir.
"Unikal" xəbər verir ki, Mahruzluda aparılan tikinti işləri ilə bağlı ekspert bildirdi ki, evlərin yerdən cəmi 40 santimetr hündürlükdə inşa edilməsi yolverilməzdir. Çünki evlərin ətrafına ən azı 20 sm asfalt örtüyü vurulanda problem daha qabarıq şəkildə üzə çıxacaq. Qubadlı rayonunda tez-tez güclü yağış nəticəsində selin yarandığını nəzərə alsaq, evlərin bu hündürlükdə tikilməsi təhlükəli vəziyyətin ortaya çıxmasına zəmin yaradır.
Qeyd edək ki, Mahruzlu kəndində tikinti işlərini həyata keçirən şirkət "Amal Group"dur. Şirkətin qanuni təmsilçisi İbrahimli Orxan Asif oğludur.
Seymur Əli