Ermənistan və Azərbaycan sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra biliblər.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı ilə görüşündə bildirib.
"Biz Azərbaycana sənəd layihəsinin razılaşdırılmış müddəalarının imzalanmasını, diplomatik münasibətlərin qurulmasını və yaxın vaxtlarda müzakirələrin davam etdirilməsini təklif etmişik", - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişənin səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var: "Mən əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran bundan bərabər faydalanacaqlar".
Ağarza Elçinoğlu