Keniyada göyərtəsində 11 nəfərin olduğu təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Röyters" xəbər yayıb. Ölən və yaralananlar barədə məlumat yoxdur. 

Təyyarənin Miqori hava limanından havaya qalxdığı məlum olub. Hazırda sərnişinlərlə bağlı məlumat dəqiqləşdirilir.