Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
"Unikal" xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qarşılaşıb.
Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Teymur Rəcəbovun kapitanı olduğu komanda bu dəfə Litva ilə qarşılaşıb. Yığmamız gözlənilmədən uduzub.
Qadınlardan ibarət yığma isə Vyetnamla üz-üzə gəlib. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.
Kapitanı Mixail Şereşevski olduğu yığma turu qələbə ilə başa vurub. Komandamız 2 lövhədə üstün olub.