“Kontakt” mağazalar şəbəkəsinin avtomobill və mənzil uduşlu “Şeş-Qoşa” sında uduş məbləği və finalçıların sayı hər keçən gün daha da artır.

"Unikal" xəbər verir ki, bu kampaniya sadə bir alış-veriş üçün “Kontakt”a üz tutan minlərlə müştəriyə indiyə qədər 262 587 manat dəyərində məbləği geri qazandırıb. 

Zər atmaqla geri qazanılan məbləğlər artdıqca, iştirakçılar həyəcanla kampaniyanın ən böyük mükafatını – Sea Breeze-də lüks mənzil qazanma şansını gözləyir.

Mənzillə yanaşı, son model “Toyota Corolla Cross” avtomobilini qazanmaq imkanı da davam edir. Hətta, sentyabrın sonu üçün baş tutması planlaşdırılan final tədbirində əvvəl avtomobil, daha sonra isə mənzil üçün “şeş-qoşa” atmağa haqq qazanmış 6 nəfər iştirakçı da artıq məlumdur. Onlardan biri Məmmədzadə Mikayıl öz maraqlı hekayəsini bizimlə bölüşməkdən çəkinməyib: 

“Tipik Azərbaycan kişisi olaraq alacaqlarımı bu gün, sabah deyə-deyə təxirə salırdım. Axır ki, vaxt edib Vurğundakı mağazaya getdim, satıcıların məsləhəti ilə fen aldım. Zər atanda inamsız idim. Elə bil, Allahın qisməti.... Sonuncu altı düşməyincə, inanmadım ki,qazanmışam və  aldığımın tam dəyərini mənə geri qaytaralar... 1300 manatlıq məhsul tam pulsuz başa gəldi mənə... Bilsəm belə olacaq, hər gün gəlib lazım olanları alaram...(gülür)” 

Qeyd edək ki, kampaniya nağd ödənişlərlə yanaşı, “endirimli qiyməti 6 dəfəyə ödə” və kredit alışlarına da şamil edilir.  

“Şeş-Qoşa” kampaniyası haqqında daha ətraflı məlumatı bu keçiddən, şəbəkənin mağazalarını isə buradan tapa bilərsiniz.