Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Rusiya rəhbəri avqustun 31-də Köçəryana zəng edərək ikinci prezidenti 70 illik yubileyi münasibətilə təbrik edib", - məlumatda deyilir. 

Həmçinin qeyd olunub ki, telefon danışığının təfərrüatlarını öyrənmək mümkün olmayıb. 

Ağarza Elçinoğlu