Xəbər verdiyimiz kimi, 8 Noyabr prospektində hərəkətə məhdudiyyət tətbiq edilib.
"Unikal" xəbər verir ki, tıxacdan bezən insanlar üzü Ağ şəhər istiqamətinə piyada gedir. Bəziləri isə yolun kənarına stul qoyub əyləşərək yolun açılmasını gözləyir.
Qeyd edilib ki, Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu səbəbdən qeyd edilən istiqamətdə avtomobillərin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq edilib.