Türkiyədə, Manisanın Akhisar rayonunda yerli vaxtla saat 14:22-də 4 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, mərkəzi Akhisar rayonu olan zəlzələ saat 14:22-də baş verib.
17,73 kilometr dərinlikdə qeydə alınan zəlzələ Akhisar rayonunun Hamidiye, Bünyan Osmaniye, Ballıca, Sünnetçilər və Eroğlu kəndlərində hiss olunub və qısa müddətli təşviş yaradıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində itki və ya maddi ziyan qeydə alınmayıb.