Türkiyənin ana müxalifəti olan "Cümhuriyyət Xalq Partiyası"nın (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlunu 4 il 1 ay həbs cəzası gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunub ki, həbs qərarı İstanbul 14-cü Cəza Məhkəməsinin sədrini və məhkəmə üzvlərini təhqir etmək zəminində verilib.
Qeyd edək ki, Kılıçdaroğlu Enis Berberoğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından sonra İstanbul 14-cü Cəza Məhkəməsinin sədrini qanunsuzluqda ittiham etmişdi.
Ağarza Elçinoğlu