Livanda "Hizbullah" üzvlərinin istifadə etdiyi peycerlərin eyni vaxtda partlaması nəticəsində biri qız daxil olmaqla azı 9 nəfər həlak olub, daha 2850 nəfər yaralanıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ölənlər arasında Livan parlamentindəki “Hizbullah” blokunun üzvü olan deputatlardan birinin oğlu da var. Daha iki yüksək vəzifəli məmurun oğlu yaralanıb.

Bundan əvvəl Beyrutda baş verən partlayışda İranın Livandakı səfiri Müctəba Əmaninin də yaralandığı məlum olub. "Hizbullah" və İran hadisəyə görə İsraili günahlandırıb. Tehran və hərəkatın məlumatına görə, hərəkatın istifadə etdiyi rabitə vasitələrinin partlamasına İsrailin kiberhücumu səbəb olub.

*** 20:16

Livanın müxtəlif bölgələrində rabitə qurğularının partlaması nəticəsində 2800-dən çox insan xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, partlayışlar nəticəsində 8 nəfər ölüb.

XXX

18:48

Xəbər verdiyimiz kimi, Beyrutda peycerlər insanların əllərində və ciblərində olarkən partladılıb.

"Unikal"ın məlumatına görə, mindən çox insan rabitə cihazlarının partlaması nəticəsində xəstəxanalıq olub.

Yaralıların çoxu "Hizbullah" üzvüdür.