Livanın “Hizbullah” hərəkatı Livanda yüzlərlə insanın yaralanmasına səbəb olan peycer partlayışlarında İsraili günahlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.

“Bu gün günortadan sonra baş vermiş bu vəhşi hücumla bağlı bütün faktları, sübut və mövcud məlumatları təfərrüatlı şəkildə nəzərdən keçirdikdən sonra deyə bilərik ki, bu vəhşi təcavüzə görə düşmən İsrail dövləti məsuliyyət daşıyır”, - deyə məlumatda bildirilir.