Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunan Seymur Əliyev İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki satmaq istəyən zaman saxlanılıb. Onun üzərindən və evindən 2 kiloqramdan artıq tiryək aşkarlanıb.

DİN-dən "Unikal"a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.