İtaliyanın “Roma” komandası baş məşqçisi Daniele De Rossi ilə yollarını ayırıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna paytaxt təmsilçisinin uğursuz çıxışı səbəb olub.
De Rossi bu ilin yanvar ayından paytaxt təmsilçisinə başçılıq edirdi. “Canavarlar” onun rəhbərliyi altında bu mövsüm turnir cədvəlində 3 xalla 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 2001-2019-cu illərdə "Roma"nın formasını geyinmiş Daniele De Rossi iştirak etdiyi 616 matçda 63 qol və 60 məhsuldar ötürmə ilə yadda qalıb.