"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasında yeni rekorda imza atıb.
"Unikal" xəbər verir ki, 35 yaşlı futbolçu buna ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Zaqreb "Dinamo"su ilə görüşdə (9:2) meydana çıxmaqla nail olub. O, Münhen təmsilçisinin heyətində ÇL-də 152-ci oyununu keçirib. Nəticədə Müller turnirdə bir klubla ən çox matç keçirən oyunçu adını qazanıb.
Almaniyalı oyunçu "Barselona"nın heyətində ÇL-də 151 matça çıxan Xavinin rekordunu qırıb.
Qeyd edək ki, Müller 2009-cu ildən "Bavariya"nın əsas komandasında çıxış edir.