Ermənistanın xarici siyasətinin əsas prioriteti həm iqtisadi, həm də hərbi sahədə diversifikasiyadır ki, 2021-ci ildə müharibə zamanı və müharibədən sonra baş verən problemlər aradan qalxsın.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.
Onun sözlərinə görə, əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlıq 96%-dən çox idisə, indi bu, 10%-dən aşağı düşüb. Qriqoryan qeyd edib ki, hərbi-texniki əməkdaşlıq sahəsində 3-4 yeni mühüm tərəfdaş var: "Biz hərbi-texniki istehsalın 25-30%-nin Ermənistanın tərkibində olmasını hədəfləyirik. Hazırda strateji məqsəd dörd və ya beş tərəfdaşın olmasıdır ki, onlarla əməkdaşlıq 20%-i keçməyəcək".
Ağarza Elçinoğlu