“Neftçi” və idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klubdan "Unikal"a verilən məlumata görə, bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil.
Qeyd edək ki, Yens Andersson 2023-cü ilin sentyabrından "ağ-qaralar"da çalışırdı.