Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində standartlara cavab verməyən yuyucu vasitələr hazırlayan sexin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub.
DİN-dən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı həmin sexin sahibi 1987-ci il təvəllüdlü Ramiz Kojaevi saxlanılıb. Onun Suraxanı rayonu Bülbülə qəsəbəsindəki sexində müxtəlif əmtəə nişanları adı altında qabyuyan maye,sabun,ağardıcı və digər bu tipli təmizləyici vasitələr istehsal etdiyi müəyyən edilib.
Həmçinin,obyektdə sanitar-gigiyena qaydalarına riayət edilmədiyi, istehsalı aparılan məhsulların müvafiq standartlara cavab vermədiyi və istehlakçıların hüquqlarının qorunmasına dair tələblərin pozulduğu aşkarlanıb.
Toplanmış material üzrə Suraxanı Rayon Polis İdarəsində istintaq araşdırmaları davam etdirilir.