Ermənistanda odlu silah, döyüş sursatı və digər qadağan olunmuş cihaz və əşyaların qanunsuz dövriyyəsində ittiham olunan üç nəfər həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hər üç şəxs Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsi ilə saxlanılıb.