Türkiyə Superliqasının VI turunda keçiriləcək “Fənərbağça” – “Qalatasaray” oyununun biletləri qısa müddətdə satılıb.
"Unikal" xəbər verir ki, biletlər satışa çıxarıldıqdan cəmi 3,1 saniyə sonra tükənib.
Bu, Türkiyə futbolu tarixində bilet satışı baxımından rekord göstəricidir.
Sentyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Superliqada 5 turdan sonra “Qalatasaray” maksimum nəticə (15 xal) ilə turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan “Fənərbağça” isə ikinci pillədə qərarlaşıb.