"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov baş məşqçi Roman Qriqorçukun kapitan sarğısını ondan almasına münasibət bildirib.
"Unikal" xəbər verir ki, o, sosial şəbəkə hesabında belə yazıb:
"Bildiyiniz kimi, mən artıq “Neftçi”nin kapitanı deyiləm. 6 il ərzində “Neftçi”nin kapitanı olmuşam və bununla qürur duyuram. Bu müddətdə çətin anlar da oldu, kədərli də, amma sevincli günlər də az deyildi. Düzdür, oyunumda eniş-yoxuşlar oldu, amma həmişə komandaya kömək etmək üçün bacardığım qədər çalışdım.
Bəzən alınmadı, amma mən əlimdən gələni etdim. Sizdən hər zaman dəstək gördüm. Buna görə də hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, “Neftçi”nin yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanlar isə Yuri Matias və Robert Bauerdir.