Konyanın Karapınar rayonunda "Ereğlispor"un sabiq futbolçusu 26 yaşlı Engincan Dəmirtəpə avtomobillə qəza törədib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Dəmirtəpə avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaclara çırpılıb.
Hadisə nəticəsində o dünyasını dəyişib. Qəza yerinə jandarma və sağlamlıq qrupu sövq edilib.