"Roma"nın icraçı direktoru Lina Suluku istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
"Roma"nın rəsmi saytında deyilir: "Linaya klub üçün vacib bir dövrdə göstərdiyi fədakar xidmətə görə təşəkkür edirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq".
Məlumata görə, istefaya səbəb Daniele De Rossinin qovulması ilə əlaqədar klubun stadionunda Sulukunu təhdid edən plakatın görünməsi olub.
Ağarza Elçinoğlu