Məmmədov Arif Cavanşir oğlu "Bank of Baku"nun Rəqəmsal Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin olunub.
"Unikal"ın məlumatına görə, Arif Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb.
Bank sahəsində 11 illik peşəkar iş təcrübəsinə sahibdir.
Arif Məmmədov "Bank of Baku"dakı iş fəaliyyətinə 2013-cü ildə başlayıb və 2018-ci ilə qədər bankın müxtəlif sahələrində çalışıb.
2018-ci ildə Problemli kreditlər departamentində bölmə rəhbəri, 2 il sonra isə eyni departamentin müvafiq şöbəsinin müdiri vəzifəsini icra edib.
2022-ci ildə Alternativ satış kanalları departamentinin Onlayn bankçılıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2023-cü ildən indiki təyinatına qədər Rəqəmsal Bankçılıq departamentinin direktorunun müavini vəzifəsini yerinə yetirib.