Kişi basketbolçulardan ibarət Türkiyə millisinin sabiq üzvü Asım Pars dünyasını dəyişib.
"Unikal" Türkiyə Basketbol Federasiyasının (TBF) rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı veteran oyunçunun meyiti Bosniya və Herseqovinadakı mənzilində tapılıb.
2001-ci ildə Avropa çempionatında gümüş medal qazanmış Türkiyə seçməsinin heyətində yer almış basketbolçu karyerası ərzində “Qalatasaray” və “Fənərbağça” kimi tanınmış komandaların formasını geyinib.
Xatırladaq ki, daha əvvəl Türkiyə millisinin digər sabiq basketbolçusu İlkan Karaman 34 yaşında avtomobil vurması nəticəsində dünyasını dəyişib.