UEFA Hakimlər Komitəsi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib.
"Unikal" "Relevo"ya istinadən xəbər verir ki, 1/4 finalda Almaniya və İspaniya (1:2) yığmaları arasında baş tutan matçın uzatma dəqiqələrində baş hakim Entoni Teylorun penalti təyin etməməsinin yanlış qərar olduğu bildirilib.
Belə ki, final fitinə az qalmış ispanların cərimə meydançası daxilində top Mark Kukurelyanın əlinə toxunsa da, referi qayda pozuntusuna göz yummuşdu.
Daha sonra 119-cu dəqiqədə meydan sahiblərini məyus edən "buğalar" yarımfinala çıxmışdılar.
Qeyd edək ki, finalda İngiltərəni 2:1 üstələyən İspaniya AÇ-2024-ün qalibi olub.