“Barselona”nın “Vilyarreal”la oyunda ağır zədələnən qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat uğurlu keçib.

Futbolçunun meydanlara qayıtması sağalma prosesindən asılı olacaq. Ötən gün onun təqribən 8 ay yaşıl meydanlardan uzaq qalacağı barədə məlumat verilmişdi.