İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
"Unikal" xəbər verir ki, qarşılaşma FIFA referisi Villi Delajoda tapşırılıb.
Ona Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas əyləşəcək.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.