Zinəddin Zidanın böyük oğlu Enzo Zidan 29 yaşında futbolçu karyerasını başa vurub.
"Unikal" xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Enzo Zidanın son klubu "Fuenlabrada" olub. Yarımmüdafiəçi bu klubda 29 oyuna çıxıb və 2023-cü ildə ayrılıb. Klub tapa bilməyən Enzo karyerasını başa vurmaq qərarına gəlib.
E.Zidan karyerası ərzində 203 oyuna çıxıb, 13 qol vurub və 24 qolun ötürməsini verib.