"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem La Liqada bu gün keçiriləcək "Alaves"lə oyunda iştirak edə biləcək.
"Unikal" xəbər verir ki, bu barədə mətbuat konfransında komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib:
"Onun çiyni keçənilki vəziyyətdədir. Son matçda problem yox idi. O sağalıb. Daha çox təhlükəsizlik üçün qoruyucu geyinməlidir. O, oynamağa hazırdır və oynayacaq".