Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.
Bu barədə "Unikal"a Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, büdcə zərfinə daxil olan sənəd və məlumatlar cənab Prezidentə təqdim ediləcək.