İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçisi Xavi İtaliya təmsilçisi "Roma"nın təklifini rədd edib.
"Unikal" "Corriere dello Sport"a istinadən xəbər verir ki, "canavarlar" Daniele De Rossinin istefaya göndərilməsindən sonra Xavi ilə əlaqə saxlayıb.
Lakin 44 yaşlı mütəxəssis nəzakətlə təklifdən imtina edib.
Qeyd edək ki, Xavinin cavabından sonra “Roma” xorvatiyalı İvan Yuriçə həvalə olunub.