PSJ-nin qapıçısı Canluici Donnarumma zədəsini sağaldıb.
"Unikal" xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 25 yaşlı qolkiper artıq komanda ilə məşqlərə başlayıb.
Canluici Donnarumma zədə səbəbindən 2 matçı buraxıb - “Reyms”lə və “Jirona” ilə görüşləri.
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayından PSJ-də oynayır. O, bu müddət ərzində 118 oyun keçirib.