"Yuventus" futbolçusu Samuel Mbanqula ilə müqaviləni artırıb.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisi 20 yaşlı belçikalı yarımmüdafiəçi ilə 4 illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Mbanqula 2023-cü ildən "Yuventus"un gənclərdən ibarət komandasında çıxış edir. O, bu mövsüm əsas komanda ilə A seriyasında 1 oyun keçirib və 1 qol vurub.