UEFA İspaniyanın “Barselona” klubunu cərimələyib.
"Unikal" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Kataloniya təmsilçisinin azarkeşlərinin davranışı səbəb olub.
UEFA Çempionlar Liqasının əsas mərhələsində Fransada “Monako”ya qarşı keçirilmiş ilk tur oyununda nasist banner açan fanatlar klubu 10 min avro xərcə salıblar.
Bundan başqa, “Barselona”ya Çempionlar Liqasında keçirəcəyi növbəti səfər matçı üçün bilet satışı qadağan edilib.
La Liqa təmsilçisinin qərardan apellyasiya şikayəti verib-verməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, “Monako” – “Barselona” görüşü qonaqların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.