İspaniyanın “Atletiko Madrid” komandası La Liqada “Real Madrid” ilə keçiriləcək derbi oyununun fasiləsində meksikalı müğənni Danna Paolanın çıxışını ləğv etmək qərarına gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna tanınmış sənət adamının “kral klubu”na azarkeşlik etməsi səbəb olub.
Belə ki, matçın ilk yarısından sonra Abraham Mateo ilə "El dubl" mahnısını ifa etməli olan müğənni müsahibəsində “Real Madrid” azarkeşi olduğunu bildirib. İki klub arasında olan əzəli rəqabətə görə “Atletiko” Cənubi amerikalı sənətçinin çıxışına icazə verməyib.
Qeyd edək ki, komandalar arasında görüş sentyabrın 29-da keçiriləcək.