Rusiyalı atlet, hündürlüyə tullanan Mixail Akimenko antidopinq qaydalarını pozduğuna görə 1 il müddətinə yarışlardan kənarlaşdırılıb.
"Unikal" xəbər verir ki, məlumatı Ümumrusiya Atletika Federasiyasının mətbuat xidməti yayıb.
İdmançı harada olması barədə məlumatın verilməsi prosedurunu pozub.
Diskvalifikasiya müddəti 2024-cü il aprelin 25-dən 2025-ci il aprelin 24-nə qədər nəzərdə tutulub. Bununla yanaşı, idmançının 2023-cü ilin oktyabrından bəri əldə etdiyi bütün nəticələr ləğv edilib.
Qeyd edək ki, 2019-cu ildə keçirilən dünya çempionatında gümüş medal qazanan 28 yaşlı idmançı elə həmin il qapalı məkanda Rusiya birinciliyinin qalibi olub.